Gədəbəydə "ZİL" çaya aşıb: 2 ölü 

14:41 23.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.